reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" "Kəpəz"ə qalib gəldi -Yoxlama görüşü


Bu gün "Qarabağ" və "Kəpəz" qış təlim-məşq toplanışları çərçivəsində ilk yoxlama oyunlarını keçiriblər.

Sportfm.az xəbər verir ki, komandalar "Azersun Arena"da qarşılaşıblar. Görüş Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyun azarkeşlər üçün qapalı keçirilib.

Qeyd edək ki, "Qarabağ" Misli Premyer Liqasının cari mövsümünün ilk yarısını qış çempionu kimi başa vurub. "Kəpəz" isə sıralamada 11 xalla 9-cudur.

Əlavə edək ki, "Qarabağ" yanvarın 12-də "Zirə" ilə yoxlama matçına çıxacaq. "Kəpəz"in növbəti rəqibi isə hələlik məlum deyil.

Yoxlama oyunu

14:00. "Qarabağ" - "Kəpəz" - 5:1

Qollar: Aleksey Kaşuk, 5, 14, 35, Emmanuel Addai, 38, Davud Məsumov, 64 - Ehtiram Şahquliyev, 67

Oxşar xəbərlər

“Qarabağ” “Kəpəz”ə qarşı - Yoxlama görüşü
“Qarabağ” "Kəpəz"i məğlub etdi - Misli Premyer Liqası
"Kəpəz" sonuncu oyunda böyük hesabla qalib gəldi
"Kəpəz" "Qəbələ" ilə qarşılaşdı - Yoxlama matçı
"Kəpəz" 5 cavabsız qolla qalib gəldi - Yoxlama matçı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər