reklam
Birinci dəstəyarışlarına start verildi
Sportfm.az xəbər saytı

Birinci dəstəyarışlarına start verildi


Azərbaycan Şahmat Federasiyası (AŞF) və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə yanvarın 6-da şahmat üzrə birinci dəstə yarışlarına start verilib.

Sportfm.az xəbər verir ki, açılış mərasimində çıxış edən AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov ilk dəfə olaraq bütün partiyaların internet üzərində canlı təqdim olunduğunu söyləyib.

O, yekunda ən yüksək nəticə göstərəcək şahmatçıların Azərbaycan çempionatında mübarizə aparacağını bildirib.

Respublika Şahmat Mərkəzində təşkil edilən kişi və qadınlar arasında birinci dəstə yarışları Azərbaycan çempionatına seçmə xarakter daşıyır. Birinci dəstədə kişilər arasında ilk 5 yer, qadınlar arasında isə ilk 2 yer Azərbaycan çempionatına vəsiqə qazanacaq.

Yarışın ümumi mükafat fondu 10 min manat təşkil edir. Kişilərin və qadınların yarışında birinci yerin sahibləri müvafiq olaraq 2500 və 1200 manat mükafat qazanacaq. Birinci dəstə yarışlarına yanvarın 14-də yekun vurulacaq. Turnirin baş hakimi Lütfiyar Rüstəmovdur.

Oxşar xəbərlər

Veteranlar arasında ölkə çempionatı başladı - 3000 manat mükafat
Azərbaycan kuboku internet üzərindən keçirilir
15 000 manatlıq şahmat turniri keçiriləcək - Onlayn
Birinci dərəcə uğrunda şahmat yarışlarına start verildi - FOTO
Bakı çempionatının qalibləri müəyyənləşdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər