
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Qəbələ"nin sabiq futbolçusu Cənubi Koreya klubunda
"Qəbələ"nin keçmiş futbolçusu Daniel Subotiç özünə yeni komanda tapıb.
Sportfm.az xəbər verir ki, isveçrəli hücumçu Cənubi Koreyanın "Ulsan Hyuindai" klubu ilə hazırkı mövsümün sonunadək müqavilə bağlayıb. 28 yaşlı oyunçu xorvatiyalı Miroslav Orsiçlə birgə hücum tandemini təşkil edəcək.
Hazırda "Ulsan" 12 komandalı çempionatda 3-cü pillədədir. Lakin komanda 19 oyuna cəmi 18 qol vurub ki, bu da cari mövsümdə 3-cü ən zəif göstəricidir.
Qeyd edək ki, Daniel Subotiç "Qəbələ"də iki dəfə forma geyinib. O, 2013-2014 mövsümündə 29 oyuna 12 qol vurub. Subotiç ötən mövsümün ikinci yarısını da "qırmızı-qaralar"ın heyətində keçirib. Subotiç bu dəfə 11 matçda 3 dəfə fərqlənib.
Oxşar xəbərlər
"Qəbələ"nin futbolçusu "Əl-Əhli" klubuna keçdi
“Qəbələ” 8 futbolçu ilə yollarını ayırıb
43 yaşlı futbolçu Rusiya Premyer Liqasında
Daniel Subotiç yenidən "Qəbələ"də
"Qəbələ" Aleksey Antonovla yollarını ayırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin