Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ"nin futbolçusu "Əl-Əhli" klubuna keçdi
"Qəbələ"nin keçmiş futbolçusu Leonardo da Silva Souza Sergey Rebrovun baş məşqçi kimi çalışdığı Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçib.
Sportfm.az xəbər verir ki, braziliyalı hücumçu ilə sonradan daha bir il uzadıla bilməsi şərti ilə iki illik müqavilə bağlanılıb.
25 yaşlı oyunçu ötən mövsümü Serbiya "Partizan"ında keçirib. "Transfermarkt" "Partizan"ın bu transferdən 4,2 milyon avro qazandığını yazıb.
Qeyd edək ki, Leonardo da Silva Souza "Qəbələ"də 2013-2014 mövsümündə Yuri Syominin rəhbərliyi altında forma geyinib. Lakin 2014-cü ilin yayında onunla müqavilə uzadılmayıb. Daha sonra "sambaçı" 2016-cı ilədək Rusiya "Anji"sində çıxış edib və son mövsümü "Partizan"da keçirib. Oyun səviyyəsini get-getə yüksəldən forvard "Qəbələ"də 31 oyuna 7 qol vurubsa, "Anji"də 31 matçda 8, "Partizan"da isə 34 qarşılaşmada 24 qol vurub.
Oxşar xəbərlər
"Trabzonspor" "Qəbələ"nin sabiq hücumçusuna elçi düşdü
"Qəbələ"nin sabiq futbolçusu Cənubi Koreya klubunda
43 yaşlı futbolçu Rusiya Premyer Liqasında
Daniel Subotiç yenidən "Qəbələ"də
"Qəbələ"nin sabiq futbolçusu Serbiya klubunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası