Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rafael Ağayev oğlunun hansı klubda oynamasını istəyir?
5 qat dünya, 10 qat Avropa çempionu Rafael Ağayev "Hər şey daxil" verilişinin "Əlimin duzu" rubrikasının qonağı olub.
Sportfm.az saytı xəbər verir ki, karateçi ata olmaq hissindən danışıb:
"Tamamilə başqa hissdir. Subay olanda mənə deyirdilər ki, ailə quranda balan olsun, onda biləcəksən, övlad necə şirin şeydir. Şükür, Allah qismət elədi. Hər zaman evə tez gəlmək istəyirsən ki, balacanı oynadasan, öpəsən. Amma ana çəkən əziyyətin ata 50%-ni çəkmir". R.Ağayev oğluna baxmaqda xanımına kömək etdiyini deyib:
"Əlbəttə, gecələr ağlayanda yoldaşıma kömək edirəm. Amma yarışlar ərəfəsində, sağ olsunlar, mənə şərait yaradırlar ki, məşqlərimlə məğul olum. Çünki idmançı ən az 8 saat yuxu yatmalıdır".
Rafael oğlu ilə bağlı arzularını da dilə gətirib:
"Xanımımın karateyə həvəsi var. Birlikdə futbola baxırıq. "Barselona" azarkeşidir. Amma bütün bunlara televizorda baxır. İki arzum olub: güclü karateçi və futbolçu olum. Karateçi oldum. Oğlumun "Yuventus"da oynamağını istəyərdim. "Yuventus" klubu ilə az da olsa, əlaqəm var. Gələcəkdə oğlumun orada olması üçün bütün addımı atacağam ki, güclü idmançı olsun".
Qeyd edək ki, Rafael Ağayevin oğlu Ramal bu ilin martında dünyaya gəlib.
Oxşar xəbərlər
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
Rafael Ağayev ABŞ idmançısı məğlub etdi - FOTO
"Bir gündə mənə iki mələk bəxş olundu" - "Ağ canavar"
Azərbaycanlı idmançı "Yuventus"dan dəvət alıb
Azərbaycanın İslamiadadakı bayraqdarının adı məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO














Misli Premyer Liqası