reklam
Azərbaycan idmançıları rekord sayda medal qazandı -
Sportfm.az xəbər saytı

Azərbaycan idmançıları rekord sayda medal qazandı -2024-cü ildə


Azərbaycan idmançıları 2024-cü ildə Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazanıblar.

Sportfm.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.

Bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir.

Mükafatların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medaldır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışında iştirakı təmin olunub.

Oxşar xəbərlər

İdmançılarımız Türkiyədə 2 qızıl medal qazandı
“Neftçi”nin təmsilçiləri üç ayda 256 medal qazandı
İdmançılarımız dünya çempionatında 17 medal qazandı
Azərbaycan idmançılarının 2022-ci ildə qazandığı medalların sayı bilindi
Azərbaycan idmançıları cari ildə neçə medal qazandı? - Azad Rəhimov açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər