Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
3 idmançımıza ağır cəza -Diskvalifikasiya olundular
Azərbaycanın üç idmançısı dopinqə görə cəzalandırılıb.
Sportfm.az xəbər verir ki, Səidə Əliyeva (taekvondo), Günel Vəliyeva (ağırlıqqaldırma) və Rövşən Xəlilov (pauerliftinq) yarışlardan diskvalifikasiya olunub.
Hər üç idmançının cəzalandırılmasına səbəb nümunələrində qadağan edilmiş maddələrin aşkarlanması olub. Əliyevada “furosemid”, Vəliyevada “methyltrienolon”, Xəlilovda isə “metandienone” aşkarlanıb.
Əliyeva yarışlardan iki, digər idmançılar isə dörd il müddətinə uzaqlaşdırılıb. Taekvondoçu ilə bağlı sanksiya başlama tarixi bu il fevralın 16-sı göstərilib.
Dörd illik cəzalandırılan Vəliyeva ilə bağlı sanksiyanın isə 2023-cü il sentyabrın 7-dən etibarən başladığı təsdiqlənib.
Pauerliftinqçi Xəlilovun cəzası isə 2021-ci il noyabrın 18-dən qüvvəyə minib.

Oxşar xəbərlər
Dünya çempionu dopinqə görə diskvalifikasiya edildi
İdmançılarımız dopinqə görə cəzalandırıldı - AMADA
Daha bir idmançımız dopinqə görə cəzalandırıldı
Daha bir idmançımıza sanksiya tətbiq edildi
Dörd idmançımıza sanksiya tətbiq edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası