reklam
Sportfm.az xəbər saytı

"Qəbələ" sabah başlayır -komanda Türkiyəyə yollanacaq


“Qəbələ” sabah 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlığına start verəcək. 

Sportfm.az xəbər verir ki, “qırmızı-qaralar” Bakıda bir araya gələcək. Elmar Baxşıyevin rəhbərliyi altında baş tutacaq 2020-ci ilin ilk məşqi günün ikinci yarısında gerçəkləşəcək. Komanda üzvləri Bakı Olimpiya Stadionunda məşq edəcək. 

Hazırlıq prosesinin paytaxtda baş tutacaq ilk mərhələsi yanvarın 11-də yekunlaşacaq. Bakı toplanışı çərçivəsində yoxlama oyununun keçirilməsi də nəzərdə tutulub. 

“Qəbələ” ayın 12-də Türkiyəyə yollanacaq. Komanda Antalyanın Lara bölgəsindəki “Trend” otelində məskunlaşacaq. Qonşu ölkədə gerçəkləşəcək 2 həftəlik hazırlıq çərçivəsində 4 yoxlama matçı baş tutacaq. Yanvarın 14-də “qırmızı-qaralar” Macarıstanın MTK klubu ilə görüşəcək. Dörd gün sonra baş tutacaq ikinci oyunda rəqib Rusiya təmsilçisi “Çayka” olacaq. Ayın 21-də və 25-də keçiriləcək digər iki qarşılaşmadakı rəqiblər dəqiqləşməyib. 

Oxşar xəbərlər

“Qəbələ” Türkiyə və Rumınya klublarına qarşı - Toplanış
"Qəbələ" Türkiyədə 3 yoxlama matçı keçirəcək - Hazırlıq planı
"Qəbələ" ilə böyük hesablı qələbə ilə başladı
"Qəbələ" qış toplanışına start verdi
"Qəbələ" Rusiya və Almaniya klubları ilə oynayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər