
"Qəbələ" 15 qat Albaniya çempionu ilə qarşılaşacaq
"Qəbələ”nin əvəzedicilərdən ibarət komandası 2016-2017-ci illər mövsümünün ikinci yarısına hazırlıqlarını davam etdirir.
Sportfm.az xəbər verir ki, yanvarın 5-də Qəbələdə bir araya gələn Hüseynqulu Quliyevin yetirmələri məşqlərini şəhər stadionunda gerçəkləşdirir. Əvəzedicilər hazırlıq prosesinin Qəbələdə keçirilən 1-ci mərhələsində yoxlama oyununda da qüvvəsini sınayıb. Komanda I divizion təmsilçisi "Ağsu” ilə görüşüb. Tural Məmmərzayevin hesabı açdığı qarşılaşma heç-heçə nəticələnib - 1:1. Əvəzedicilərin Qəbələdə keçirilən təlim-məşq toplanışı yanvarın 13-də başa çatacaq.
Ertəsi gün komanda Türkiyənin Antalya şəhərinə yollanacaq. Quliyevin yetirmələri qonşu ölkədə 3 yoxlama matçında qüvvəsini sınayacaq. Bu matçlar yanvarın 16-da, 18-də və 20-də keçiriləcək. Sınaqçı rəqiblərdən birincisi artıq dəqiqləşib. "Qəbələ” Albaniyanın "Partizani” klubunun əsas komandası ilə görüşəcək. 15 dəfə ölkə çempionu olan Tirana klubu ötən mövsüm Superliqada 2-ci yeri tutub.
Antalya toplanışını başa vurub, ayın 21-də vətənə dönəcək əvəzedicilər ikigünlük istirahətə buraxılacaq. Əvəzedicilərin çempionatının XIX turunun "Sumqayıt”la matçının hazırlıqlarına yanvarın 23-də start verəcək "qırmızı-qaralar” məşqlərini ayın 27-dək davam etdirəcək.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Dünya çempionunun başı dərddə - təcavüzdə günahlandırılır 31.03.2023, 23:36
İlk gün bizim üçün uğurlu olmadı - “Böyük Dəbilqə” 31.03.2023, 22:39
Dünya Çempionatında 4 idmançı ilə təmsil olunacağıq 31.03.2023, 22:27
Azərbaycan Türkiyənin qarşısına bu heyətlə çıxacaq - SİYAHI 31.03.2023, 21:07
"Turan Tovuz" 2-3 "Sumqayıt" - VİDEO 31.03.2023, 18:38
Azərbaycan yığması Skopyeyə gedəcək - Yoxlama oyunları üçün 31.03.2023, 18:35
Dördqat dünya çempionu müharibədə həlak oldu 31.03.2023, 18:29
Rəcəbov mövqeyini qorudu, Məmmədyarov gerilədi - FİDE reytinqi 31.03.2023, 17:36
“Turan Tovuz” “Sumqayıt”a uduzdu - Misli Premyer Liqası 31.03.2023, 17:28

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 71 |
2 | Sabah | 27 | 62 |
3 | Neftçi | 27 | 56 |
4 | Zirə | 27 | 37 |
5 | Qəbələ | 27 | 36 |
6 | Turan | 27 | 28 |
7 | Kəpəz | 27 | 22 |
8 | Sumqayıt | 27 | 21 |
9 | Şamaxı | 27 | 20 |
10 | Səbail | 27 | 18 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |