reklam
Kloze Mahirdən narazı qaldı
Sportfm.az xəbər saytı

Kloze Mahirdən narazı qaldı


Almaniya mətbuatı "Nürnberq"in azərbaycanlı hücumçusu Mahir Emrelinin ikinci Bundesliqanın son matçlarındakı performansından yazıb.

Sportfm.az xəbər verir ki, “Bild” nəşri millimizin forvardının performansını belə şərh edib:

"Paderborn"la (2:3) matçdakı məhsuldar ötürmədən savayı, azərbaycanlı son bir neçə həftədə çox az nailiyyət əldə edib. Emreli “Elversberq”lə son görüşdə (1:2) bir neçə qol şansı əldə etmişdi".

Lakin komandanın baş məşqçisi Miroslav Kloze “Bild”ə açıqlamasında forvardın da yer aldığı hücum xəttindən narazı qaldığını bildirib: "Bu oyunda başqa oyunlarda olduğu qədər istək və sayıqlıq, topsuz işləmək əzmi yox idi. Bu halda biz nəyisə əskik edirik. İki və ya üç nəfər qalanlardan az işləyirsə, heç nəyə nail olmaq mümkün deyil”.

Qeyd edək ki, “Nürnberq” 15 turdan sonra 12-ci pillədədir.

Oxşar xəbərlər

Klozev Emrelidən danışdı - "İnanıram ki, onlar milli ilə kifayət qədər çalışıb"
Mahirdən 3 oyunda 3 qol
Mahir Emreli oynadı, komandası uddu
Emreli komanda ilə məşqlərə başladı
Kloze məşqçiliyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər