reklam
Kloze məşqçiliyə başlayır
Sportfm.az xəbər saytı

Kloze məşqçiliyə başlayır


DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Almaniya yığmasına yeni məşqçi cəlb olunub. Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, yığmanın sabiq hücumçusu Miroslav Kloze baş məşqçi Yoahim Lövlə birgə çalışacaq. Lakin 38 yaşlı futbolçunun məşqçilik lisenziyası olmadığı üçün onunla rəsmi müqavilə imzalanmayıb. O, hələlik Lövün yanında təcrübə toplayacaq.
Qeyd edək ki, hazırda klubsuz olan Kloze Almaniya yığmasının heyətində 137 oyuna 71 qol vurub. O, dünya çempionatının final mərhələlərində ən çox qol vuran futbolçudur (16 qol).

Oxşar xəbərlər

Finalda ən çox qol vurmuş futbolçular - SİYAHI
Miroslav Kloze "Bavariya" ilə müqavilə bağladı - FOTO
Kloze məşqçiliyə başladı
Yoahim Löv Almaniya millisinin tarixinə keçdi
Millimizin rəqibində yeni müqavilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər