reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın hücumçusu ilin bombardirləri siyahısında


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2024-cü ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, siyahıda 54 futbolçu yer alıb. Onların arasında "Qarabağ"ın hücumçusu Juninyo da var.

O, 2024-cü ildə 26 qol vurmağı bacarıb və 45-ci pillədə qərarlaşıb. 28 yaşlı forvard Misli Premyer Liqasında 10, avrokuboklarda 11, Azərbaycan kubokunda isə 5 qola imza atıb.

Juninyodan sonrakı 9 futbolçu da bu il 26 dəfə fərqlənib.

1-ci yerdə isə "Sportinq"in futbolçusu Viktor Qyökereş yer alıb. O, 59 qol vurub.

"Mançester Siti"dən Erlinq Haaland 2-ci (47 qol), "Bavariya"dan Harri Keyn 3-cüdür (46 qol).

Oxşar xəbərlər

İngilis Almaniyada rekorda imza atdı
2023-cü ilin ən yaxşı futbolçuları
İkardi ikinci, Holann üçüncü oldu - Ən çox qol vuran futbolçular
Haaland İlin oyunçusu seçildi
"Qarabağ" ən yaxşı klublar sırasında - Son 10 ildə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər