Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İngilis Almaniyada rekorda imza atdı
"Bavariya"nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında rekorda imza atıb.
Sportfm.az xəbər verir ki, ingilis forvard çempionatda 50 qola ən tez çatan oyunçu olub. Keyn buna 11-ci turun "Auqsburq"la matçında het-trik etməklə nail olub.
31 yaşlı futbolçu Bundesliqada 50-ci qolunu 43-cü matçında vurmağı bacarıb. Ulduz futbolçu bu göstəricidə "Borussiya"nın sabiq üzvü Erlinq Halandı qabaqlayıb. Norveçli hücumçu 50 qolu 50 oyunda vurmuşdu.
Qeyd edək ki, "Bavariya" Harri Keyni ötən ilin yayında "Tottenhem"dən transfer edib. İngiltərə millisinin üzvü Münhen təmsilçisinin heyətində bütün turnirlərdə keçirdiyi 62 rəsmi matçda 62 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər
Norveçli İngilətərə daha bir rekorda imza atdı - UĞUR
Harri Keyn ilk britaniyalı futbolçu oldu - 50-dən çox qol vurdu
Harri Keyn yeni rekorda imza atdı - Bundesliqa
“Bayern”in ən yaxşısı - Harri Keyn
10 oyunda 15 qol - Harri Keyndən yeni rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası