reklam
“Göygöl”ün oyunçusuna ağır cəza
Sportfm.az xəbər saytı

“Göygöl”ün oyunçusuna ağır cəza


AFFA İntizam Komitəsi Azərbaycan 2-ci Liqasında çıxış edən “Göygöl”ün futbolçusu Elşən Mirzəyevi 3 oyunluq cəzalandırıb.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Buna futbolçunun 10-cu turda baş tutan “Göygöl” – “Şəfa” matçının 83-cü dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Bununla yanaşı, klub 200 manat cərimələnib.

Qurum həmçinin “Ağdaş” klubunu 150 manat cərimələyib. Buna 10-cu turda baş tutan “Ağdaş” – “Qusar” matçında meydan sahiblərinin azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi səbəb olub.

Oxşar xəbərlər

“Göygöl”ə texniki məğlubiyyət verildi - Qərar
İntizam Komitəsinin qərarları - Cəza və cərimələr
“Sumqayıt” tərcüməçisinə görə cərimə olundu - QƏRAR
Daha bir komandaya texniki məğlubiyyət verildi - QƏRAR
Hakimi təhqir edən futbolçuya ağır cəza - Qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər