reklam
“Araz-Naxçıvan”ın 30-cu qələbəsi
Sportfm.az xəbər saytı

“Araz-Naxçıvan”ın 30-cu qələbəsi


“Araz-Naxçıvan” klubu Azərbaycan çempionatında 30-cu qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, yubiley Premyer Liqanın 15-ci turuna təsadüf edib.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda öz meydanında “Turan Tovuz”a 1:0 hesabı ilə qalib gəlib.

Naxçıvan təmsilçisi 30-cu qələbəsini 93-cü oyunda əldə edib. Bu qələbələrdən 19-u evdə, 11-i səfərdə qazanılıb.

“Araz-Naxçıvan”ın ilk uğuru 2000/2001 mövsümünə təsadüf edib. Muxtar Respublika təmsilçisi 2000-ci il avqustun 20-də səfərdə Quba “Şahdağ”ına 1:0 hesabı ilə qalib gəlib.

Naxçıvan klubu ölkə çempionatında 30 və daha çox qələbə qazanan 33-cü komandadır.

Oxşar xəbərlər

Naxçıvan klubu rekordunu yenilədi - UĞUR
Azərbaycan çempionatlarında 20-ci qələbə
Azərbaycan kuboku matçı “Araz-Naxçıvan” üçün əlamətdar oldu
“Araz-Naxçıvan”dan 100-cü qol
“Araz-Naxçıvan” 50-ci qolunu vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər