Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Harri Keyn ilk britaniyalı futbolçu oldu -50-dən çox qol vurdu
Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn UEFA turnirlərində 50-dən çox qol vuran ilk britaniyalı oyunçu kimi tarixə düşüb.
Sportfm.az xəbər verir ki, hücumçu buna "Latsio"ya 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında nail olub.
Qolların sayına görə Stiven Cerrard (41 qol) ikinci, Ueyn Runi (40 qol) üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Keyn ötən yay "Tottenhem"dən Münhen təmsilçisinə keçib. O, cari mövsüm "Bavariya"da 33 oyuna 33 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər
Levandovskinin rekordu təkrarlandı
Harri Keyn ən yaxşı oldu
Harri Keyn yeni rekorda imza atdı - Bundesliqa
İkardi ikinci, Holann üçüncü oldu - Ən çox qol vuran futbolçular
Harri Keyn rəsmən “Bavariya”da - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası