reklam
Yığmamız Polşaya yollandı
Sportfm.az xəbər saytı

Yığmamız Polşaya yollandı


16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Debica şəhərinə yola düşüb.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

U-16 14 oyunçu ilə səfərə yollanıb: Nisə Əlizadə, Mələk Hacızadə, Aysel Nəbiyeva, Fatimə Əliyeva, Liel Vetkina, Kamilla Manaxova, Çinarə Yusubova, Aylin Əlizadə, Dilarə Ağayeva, Nuray Vahablı, Zeynəb Cəfərli, Mədinə Əlibəyova, Məryəm Qocayeva, Çinarə Rəhimova.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda Estoniya, Litva və Ukrayna kollektivləri ilə üz-üzə gələcək. Yığma ilk matçını noyabrın 20-də Estoniyaya qarşı keçirəcək.

Noyabrın 20-23-də baş tutacaq yarış AVRO-2025-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Oxşar xəbərlər

Yığma komandamız Polşaya yollandı
Millimiz ikinci oyununa çıxacaq - EEVZA
Azərbaycan yığması Litvaya yollandı
Millimiz EEVZA çempionatında bu gün ilk oyununa çıxacaq
Azərbaycanın millisi Latviyaya yola düşdü - EEVZA çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər