reklam
Yığma komandamız Polşaya yollandı
Sportfm.az xəbər saytı

Yığma komandamız Polşaya yollandı


20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Qojuv-Velkopolski şəhərinə yola düşüb.

Sportfm.az xəbər verir ki, Səbuhi Əliyevin rəhbərlik etdiyi komanda Latviya, Ukrayna, Estoniya və ev sahibi Polşa kollektivləri ilə üz-üzə gələcək.

Yığmamız ilk matçını yanvarın 11-də Estoniyaya qarşı keçirəcək.

U-20 millimizin heyəti:

Oyunçular: Camal Cəlilov , Rəvan Qəhrəmanlı, Camal Quliyev, Oqtay Qasımov, Rəvan Hüseynli, Əziz İsmayılzadə, Nihad Qasımov, Ramiz Bağırov , Səid Əhmədov, Natiq Nəbiyev, Həsən Xəlilov, Kamil Hüseynli, Riyad Həsənov, Zay Hacıyev.

Qeyd edək ki, 10-14 yanvar tarixlərində baş tutacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Oxşar xəbərlər

Millimizin növbəti oyunu - EEVZA çempionatı
Bu dəfə də Ukraynaya uduzduq
Azərbaycan yığması Litvaya yollandı
Azərbaycan millisi 4 oyun keçirəcək - EEVZA çempionatı
Ukrayna millimizin rəqibi oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər