reklam
Sportfm.az xəbər saytı

""Baku Sportinq"də hər şey öz axarı ilə davam edir" -Açıqlama


Mətbuatda Birinci Liqada çıxış edən "Baku Sportinq"də guya baş məşqçi Elman Sultanovla futbolçular arasında qalmaqalın baş verməsi haqqında gedən yazılara klubun mətbuat xidmətinin rəhbəri Araz Əhmədovun münasibətini öyrəndik.

"Təəssüflər olsun ki, bəzən mətbuatımızda belə əsassız və yalan xəbərlər dərc olunur. Belə xəbərləri yayanların nəyə xidmət etdikləri bəlli deyil. "Baku Sportinq"də hər şey öz axarı ilə davam edir. Komandamız son iki səfər matçında qələbə qazanıb. Futbolçularla baş məşqçimiz arasında heç bir insident yaşanmayıb. Bu uydurma xəbərləri tirajlamaqla oxucuları aldatmaq olmaz. Bizim klub mətbuata açıq klubdu. Kim nə vaxt istəyirsə, ona mətbuat xidməti olaraq lazımi informasiyanı veririk. Ən azından belə xəbəri verməzdən əvvəl, bizə zəng vurub aydınlaşdıra bilərdilər".

Qeyd edək ki, "Baku Sportinq" son matçda səfərdə "Mingəçevir"i 2-1 hesabı ilə məğlub edib.

Oxşar xəbərlər

"Baku Sportinq" və "Difai"-dən qələbə - I Liqa
“Baku Sportinq” – “Qaradağ Lökbatan” matçının yeri dəyişdirildi
"Baku Sportinq"in baş məşqçisi üsyan etdi: Bizi hakim uduzdurdu
“Baku Sportinq”də daha bir legioner - TRANSFER
"Baku Sportinq" məğlubiyyətə görə mükafat verməyib - TƏKZİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər