reklam
Sportfm.az xəbər saytı

"Baku Sportinq"in baş məşqçisi üsyan etdi:Bizi hakim uduzdurdu


Ötən gün futbol üzrə Birinci Liqada, 3-cü tur çərçivəsində baş tutan "Karvan" - "Baku Sportinq" FK(3-1) matçından sonra qonaq komandanın baş məşqçisi Elman Sultanov hakimlərin nəticəyə təsir etdiyini açıqlayıb: "Biz futbol oynamağa çalışdıq, ancaq təəssüflər olsun ki, görüşün baş hakimi Vüqar Həsənli buna imkan vermədi. O, özündən olmayan, uydurulmuş penalti verərək komandamızın hesabda geri düşməsinə səbəb oldu. Qarşılaşma ərzində ev sahiblərinə simpatiyası ilə seçilən referi istəyinə nail oldu - biz məğlub olduq. Amma, bizim önümüzü belə şeylərlə kəsmək mümkün olmayacaq. Yolumuza davam edirik, “Baku Sportinq” FK-nın bu mövsümki hədəfləri bəllidi".
Qeyd edək ki, bu oyunda baş hakim Vüqar Həsənli 2 dəfə "Baku Sportinq" FK-nın qapısına şübhəli penalti təyin edib.

Oxşar xəbərlər

“Baku Sportinq”də daha bir legioner - TRANSFER
Şəmkirdə hakim "Baku Sportinq"in qələbə qazanmasına imkan vermədi! - FOTO, VİDEO
“Baku Sportinq” üçdə üç etdi!
“Baku Sportinq”ə 1 qol bəs etdi - II Liqa
"Baku Sportinq" bugün liderliyə yüksələ bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər