reklam
Azərbaycan boksçusu dünya ikincisi oldu
Sportfm.az xəbər saytı

Azərbaycan boksçusu dünya ikincisi oldu


Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyində final görüşlərinə start verilib.

Sportfm.az xəbər verir ki, mərhələnin ilk günündə Azərbaycan millisinin üzvü Bilalhəbaşi Nəzərov (48 kq) rinqə çıxıb.

O, həlledici görüşdə Safyiddin Sabirovla (Özbəkistan) qarşılaşıb. Görüş rəqibin 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesablı qələbəsi ilə başa çatdığından Nəzərov dünya birinciliyini gümüş medalla başa vurub.

Bu, milli komandamızın mundialda rəsmiləşən 4-cü mükafatı olub. Boksçularımızdan daha öncə Məhəmmədəli Qasımzadə (60 kq), Zidan Hümbətov (51 kq) və Aynur Mikayılova (57 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, sabah keçiriləcək final mərhələsinin ikinci günündə Əli Abdullayev (63,5 kq) də rinqə çıxacaq. O, çempionluq görüşündə Abdulaziz Jurakulovla (Özbəkistan) döyüşəcək.

Oxşar xəbərlər

Boksçularımız dünya birinciliyinin yarımfinalında
Millimiz dünya birinciliyinə Özbəkistanda hazırlaşır
3 boksçumuz Avropa birinciliyində mərhələ adladı
Boksçumuz ermənini məğlub edib Avropa çempionu oldu
İki boksçumuz gənclərin mundialında növbəti mərhələyə çıxdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər