reklam
Türkiyə klubları üçün uğurlu gecə -
Sportfm.az xəbər saytı

Türkiyə klubları üçün uğurlu gecə -Avropa Liqası


Avropa Liqasının Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.

Sportfm.az xəbər verir ki, turun son günündə 16 qarşılaşma baş tutub.

Türkiyə klublarından “Fənərbaxça” doğma meydanda İngiltərənin “Mançester Yunayted” komandası ilə heç-heçə edib. “Beşiktaş” isə “Qarabağ”ın rəqiblərindən olan “Lion”dan (Fransa) üstün olub.

Azərbaycan çempionunun digər rəqiblərindən “Olimpiakos” (Yunanıstan) səfərdə İsveçin “Malmö” komandasına qalib gəlib. Rumıniya təmsilçisi “Styaua” isə Şotlandiyada “Reyncers”ə böyük hesabla məğlub olub.

Avropa Liqası
Liqa mərhələsi
24 oktyabr

“Roma” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) 1:0
Qol: Dovbik, 23-pen.

“Ayntraxt” (Almaniya) – RFS (Latviya) 1:0
Qol: Larsson, 79.

PAOK (Yunanıstan) – “Viktoriya” (Plzen, Çexiya) 2:2
Qollar: Tissudali, 84. Baba, 90+3 – Havel, 31. Vidra, 39.

“Makkabi” (Təl-Əviv, İsrail) – “Real Sosyedad” (İspaniya) 1:2
Qol: Turgeman, 81 – Paçeko, 19. S.Qomes, 64.

“Ferentsvaroş” (Macarıstan) – “Nitsa” (Fransa) 1:0
Qol: Bombito, 15-öz qapısına.

“Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland) 0:3
Qollar: K.Teylor, 36. V.Veqhorst, 74. Ç.Akpom, 77.

“Midtyulland” (Danimarka) – “Yunion” (Belçika) 1:0
Qol: Diao, 18.

“Portu” (Portuqaliya) – “Hoffenhaym” (Almaniya) 2:0
Qollar: Djalo, 45+2. Samu, 75.

“Reyncers” (Şotlandiya) – “Styaua” (Rumıniya) 4:0
Qollar: Laurense, 10. Çernı, 31; 55. İqamane, 71.

“Tottenhem” (İngiltərə) – “Alkmaar” (Niderland) 1:0
Qol: Riçarlison, 52-pen.

“Olimpik” (Lion, Fransa) – “Beşiktaş” (Türkiyə) 0:1
Qol: J.Fernandes, 71.

“Fənərbaxça” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) 1:1
Qollar: En Nesiri, 49 – K.Eriksen, 15.

“Malmö” (İsveç) – “Olimpiakos” (Yunanıstan) 0:1
Qol: El Kaabi, 30.

“Atletik” (İspaniya) – “Slaviya” (Praqa, Çexiya) 1:0
Qol: N.Uilyams, 33.

“Anderlext” (Belçika) – “Ludoqorets” (Bolqarıstan) 2:0
Qollar: Edozi, 67. Dreyer, 90+5.

“Tvente” (Niderland) – “Latsio” (İtaliya) 0:2
Qollar: Pedro, 35. İsaksen, 87.

Oxşar xəbərlər

Biri uduzdu, biri uddu - Türkiyə klublarının avrokubok gecəsi
"Fənərbaxça"dan qələbə, “Ayaks” "Beşiktaş"ı məğlub etdi - Avropa Liqası
"Qarabağ"ın Avropa Liqadakı rəqibləri bilinəcək - Püşkatma
"Qarabağ"ın hansı səbətdə yer alacaq? - məlum oldu
Avropa Liqasının qrupları məlumdur - NƏTİCƏLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər