Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
İntizam Komitəsinin iclası keçirildi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportfm.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun I təsnifat mərhələsinin bəzi oyunlarındankı pozutularla bağlı qərarlar verilib.
“Göygöl” – “Hypers Quba” oyununda meydan sahiblərinin 6, qonaqların 5 futbolçusu sarı vərəqə aldığına görə hər iki klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Göygöl” komandası əlavə 80 manat cərimələnib. "Göygəl"ə daha bir cərimə matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə tətbiq olunub (100 manat).
“Lerik” – “Ağdaş” oyununda oyun günü planı pozulduğuna görə “Lerik” komandası, “Ağdaş” isə matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə hər biri 100 manat cərimələnib.
“Şəki Siti” – “Şəmkir” oyunu “Şəmkir” komandasının qapıçısının formasında qüsur olması səbəbindən matç gec başladığı üçün “Şəmkir” komandası 80 manat cərimə edilib.
“Dinamo” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

Oxşar xəbərlər
İntizam Komitəsinin qərarları - Cəza və cərimələr
AFFA "Zirə"ni səhvinə görə bağışlamadı
“Cəbrayıl” cərimə edildi - QƏRAR
Daha bir komandaya texniki məğlubiyyət verildi - QƏRAR
“Turan Tovuz” cərimə edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin