Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şəmkirdə hakim "Baku Sportinq"in qələbə qazanmasına imkan vermədi! -FOTO, VİDEO
2-ci Liqada 18-ci tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutub.
Lider “Baku Sportinq” “Şəmkir”lə səfər oyununda 2 xal itirib. Buna səbəb, matçın baş hakimi Murad Səlimovun 37-ci dəqiqədə "Baku Sportinq"in kapitanı Röyal Nəcəfovun başla vurduğu təmiz qolu yalnış ofsayd qərarıyla hesaba almaması olub. Epizodun açıq-aşkar ofsayd olmadığı görünsə də, referi bunu görməməzlikdən gəlib. Yan xətt hakimi oyundankənar vəziyyəti bayrağını qaldırsa da, videotəkrardan görünür ki, həm laysman, həm də baş hakim "Baku Sportinq"in təmiz qolunu qeydə almır. Bu qol vurulan zaman hesab 0-2 qonaqların xeyrinə olduğunu və görüşün sonda 2-2 hesabıyla bitdiyini nəzərə alsaq, Murad Səlimovun faktiki olaraq oyunun nəticəsinə təsir etdiyi görülür. Təbii ki, belə oyunları idarə etməyə hazır olmayan Səlimov kimilər mütləq cəzalanmalıdı. Epizoda baxanda görünür ki, Röyal Nəcəfov qolu vuran zaman "Şəmkir"in futbolçusundan xeyli arxadadı və ofsayd yoxdur. Hücumçu yerli komandanın müdafiəçisinin arxasından çıxmaqla yanaşı, ofsaydı pozan "Şəmkir"li futbolçudan 1 metrə yaxın geridən gəlir. Hətta həmin anda stadiondakı AFFA nümayəndəsinin belə "ofsayd yoxuydu" deməsi, canlı yayımda eşidilir.
2-ci Liqa
18-ci tur
23 mart
“Şəmkir” – “Baku Sportinq” 2:2
Qollar: Kərəm Əhmədli, 45. Məzahir Əhmədov, 89 – Cavid Abbasov, 25-öz qapısına. Röyal Nəcəfov, 33.
Sayılmayan təmiz qolun linki
[video=https://www.youtube.com/watch?v=pUXKVPwNcpo]

Oxşar xəbərlər
"Bakı Sportinq" səfərdə "Göygöl"ə qalib gəldi - II Liqa
Lider "Şəmkir"lə bərabərə qaldı - II Liqa
2-ci Liqada 16-cı tura yekun vuruldu
“Baku Sportinq”ə 1 qol bəs etdi - II Liqa
“Baku Sportinq” səfərdə, “Cəbrayıl”la “Şəmkir” evdə qələbə qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası