Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Araz-Naxçıvan” yeni baş məşqçisini açıqladı
“Araz-Naxçıvan” futzal klubunda baş məşqçi dəyişikliyi edilib.
Sportfm.az xəbər verir ki, klubdaxili iclas zamanı komandanın UEFA Çempionlar Liqasındakı çıxışı müzakirə olunub və nəticə qeyri-qənaətbəxş hesab olunub. Buna görə də baş məşqçi Vitali Borisovla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Klubdan verilən məlumata görə, baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Predraq Rayiçə həvalə olunub. V. Borisov Azərbaycan millisinin baş məşqçisi kimi işini davam etdirəcək.
Qeyd edək ki, Vitali Borisov və Predraq Rayiç 2023-cü ilin iyulundan Azərbaycan millisində və “Araz-Naxçıvan”da çalışırdı. Borisov baş məşqçi təyin olunduqdan sonra serb mütəxəssisi məşqçilər korpusuna dəvət edib.

Oxşar xəbərlər
"Araz-Naxçıvan" Serbiya millisinin üzvünü transfer etdi
“Araz-Naxçıvan” onlarla davam edəcək
“Araz-Naxçıvan”da yeni məşqçi
“Araz-Naxçıvan”ın baş məşqçisi açıqlandı - RƏSMİ RƏSMİ
“Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya təqdim etdi - Çempionlar Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası