reklam
Sportfm.az xəbər saytı

"Araz-Naxçıvan" Serbiya millisinin üzvünü transfer etdi


UEFA Çempionlar Liqasından ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” futzal klubu transfer çalışmalarını davam etdirir.
Sportfm.az xəbər verir ki, “qırmızı-ağlar” serb futzalçı Lazar Milosavljeviçlə anlaşıb. Serbiya millisinin də üzvü olan oyunçu ötən mövsüm Xorvatiya “Crnica”sında çıxış edib.

Futzalçı “Araz-Naxçıvan” və baş məşqçi Vitali Borisov üçün yad sima deyil. O, ötən ilk UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsi zamanı icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinib. “İstanbul Şişli” ilə matçda qol vuran futzalçı “Riqa” ilə dueldə qırmızı vərəqə alaraq meydanı erkən tərk edib.

Qeyd edək ki, braziliyalı Kadinyonu transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Oxşar xəbərlər

“Araz-Naxçıvan”da serbiyalı futzalçı - Transfer
Braziliyalıların gəlhagəlidi...
İlham Alıyev “Araz-Naxçıvan”da
Çempionlar Liqası üçün transfer etdilər
“Araz-Naxçıvan” onlarla davam edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər