reklam
Sportfm.az xəbər saytı

"Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı -Misli Premyer Liqası


Misli Premyer Liqasında 7-ci tur davam edir.
Sportfm.az xəbər verir ki, 2-ci oyun günündə 1 matç keçiriləcək. "Turan Tovuz" evdə "Araz-Naxçıvan"ı qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.

Tovuz klubu matçda qələbə qazanaraq yenidən liderliyə yüksələ bilər. Hazırda komanda 1-ci yerdəki "Qarabağ"dan 1 xal geri qalır. Lakin Ağdam təmsilçisinin ehtiyatda 1 oyunu var.

"Araz-Naxçıvan" isə sıralamada 5-cidir.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

Misli Premyer Liqası, 7-ci tur

21 sentyabr

18:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Tovuz şəhər stadionu

22 sentyabr

18:00. “Səbail” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev
ASCO Arena

20:30. “Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
Mehdi Hüseynzadə adına stadion

20 sentyabr

"Qarabağ” – “Neftçi” - 4:0

“Kəpəz” – “Şamaxı” - 0:2

N Klublar O Q H M T-F X
1 Qarabağ 6 5 0 1 16-4 15
2 Turan Tovuz 6 4 2 0 8-2 14
3 Sabah 6 3 2 1 12-9 11
4 Şamaxı 6 3 2 1 6-3 11
5 Araz-Naxçıvan 5 3 1 1 5-5 10
6 Zirə 5 3 0 2 9-5 9
7 Sumqayıt 6 2 0 4 5-7 6
8 Səbail 6 1 1 4 8-10 4
9 Neftçi 7 0 4 3 2-10 4
10 Kəpəz 7 0 0 7 2-18 0
Bombardirlər:

Cesse Sekidika ("Sabah") - 4 qol
Davit Volkov ("Zirə") - 3 qol
Coy Lens Mikels ("Sabah") - 3 qol
Leandro Andrade ("Qarabağ") - 3 qol

Oxşar xəbərlər

"Zirə" "Neftçi"yə, "Sabah" "Turan Tovuz"a qarşı - Misli Premyer Liqası
"Şamaxı" "Sumqayıt"a, "Qarabağ" "Səbail"ə qarşı - Misli Premyer Liqası
“Qarabağ” “Turan Tovuz”a, “Araz Naxçıvan” “Neftçi”yə qarşı - Misli Premyer Liqası
"Araz-Naxçıvan" "Turan Tovuz"a, "Zirə" "Qarabağ"a qarşı - Misli Premyer Liqası
"Zirə" "Turan Tovuz"a, "Sabah" "Araz-Naxçıvan"a qarşı - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər