reklam
Millinin iki güləşçisi əməliyyat olundu
Sportfm.az xəbər saytı

Millinin iki güləşçisi əməliyyat olundu


Sərbəst güləş üzrə milli komandanın üzvləri əməliyyat edilib.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Avropa ikincisi və U-23 dünya çempionu Turan Bayramov sentyabrın 4-də sol çiynindən, Avropa çempionu və U-23 dünya çempionu Əliabbas Rzazadə isə sentyabrın 10-da həm sol çiynindən, həm də sol biləyindən əməliyyat olunub. Hər iki cərrahiyyə əməliyyatını “Liv Bona Dea” hospitalının baş həkimi Elxan Qasımov həyata keçirib.

Turanın 5, Əliabbasın isə 6 aydan sonra milli komandanın təlim-məşq proseslərində iştirakı gözlənilir.

Oxşar xəbərlər

Azərbaycan güləşçisi gümüş qazandı - Dünya çempionatı
Dünya çempionu özünü asdı - Dəhşətli səbəb
Hacı Əliyev dünya çempionu oldu
6 qat dünya çempionu minaya düşdü - Müharibə
Dünya çempionumuz əməliyyat olundu: “Sağlamlığımı itirdim”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər