reklam
Millimiz Türkiyəyə yollanır
Sportfm.az xəbər saytı

Millimiz Türkiyəyə yollanır


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.

Sportfm.az millimiz hazırlıq çərçivəsində yoldaşlıq oyunları keçirəcək. Toplanış oktyabrın 4-dən 15-dək İspaniyanın Kadiz şəhərində təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyır.
Milliyə dəvət edilən oyunçuların siyahısını diqqətinizə çatdırırıq:

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;
Oyunçular: Amid Nəzərov, Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Rüfət Məmmədli, Bayram Bayramlı.

Qeyd edək ki, Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin A qrupunda İspaniya, İngiltərə və Gürcüstan yığmaları ilə mübarizə aparacaq.

Oxşar xəbərlər

Yığma komandamızın Türkiyə ilə oyununun vaxtı açıqlandı
Millimiz Estoniyaya uduzdu
Millimiz ilk oyununa çıxır - Dünya çempionatı
Azərbaycan millisinin heyəti - SİYAHI
Azərbaycan millisinin heyəti açıqlandı - Avropa oyunları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər