reklam
Sportfm.az xəbər saytı

"Neftçi" bu uğursuzluğu 2-ci dəfə yaşadı


“Neftçi” Misli Premyer Liqasının ilk 5 turunda qələbə qazanmayıb.
Sportfm.az xəbər verir ki, Bakı klubu 4 oyunda heç-heçə edib və 1 matçda məğlub olub.

Roman Qriqorçukun komandası “Turan Tovuz” və “Şamaxı” ilə qolsuz, “Səbail” və “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib. “Neftçi” “Sabah”dan iki cavabsız qol buraxıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 32 ildə ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurub. İlk belə hadisə 2017/18 mövsümündə qeydə alınıb. Yeddi il əvvəl “Neftçi” ilk 5 turda cəmi 1 xal qazanıb: 1 heç-heçə və 4 məğlubiyyət. Qeyd edək ki, 2017/18 mövsümündəki qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.

Qeyd edək ki, "Neftçi" hazırda 4 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

2 qol vurub 9-cu yerdə gedən "flaqman"
"Neftçi"nin tarixində bir ilk
"Neftçi"dən 200-cü bərabərlik
14 ildən sonra heç-heçə seriyası qeydə alınıb
“Neftçi”nin tarixində növbəti uğursuz seriya - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər