reklam
2 qol vurub 9-cu yerdə gedən
Sportfm.az xəbər saytı

2 qol vurub 9-cu yerdə gedən "flaqman"


Misli Premyer Liqasının V turunda "Neftçi" səfərdə "Şamaxı"nın qonağı olub.

Sportfm.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçilik etdiyi komanda səfərdən 1 xalla qayıdıb. Oyunda qapılara qol vurulmayıb: 0:0.

Beləliklə, "ağ-qaralar"ın qələbəsizlik seriyası davam edir. Çempionatda 5-ci oyununa çıxan "Neftçi" cari mövsüm qalibiyyət üzü görməyib: 4 heç-heçə, 1 məğlubiyyət. Bakı klubu 4 xalla 10 komandanın yer aldığı turnir cədvəlində sondan ikincidir. Komanda 4 oyuna cəmi 2 qol vurub, 4 top buraxıb.

Beləliklə, "Neftçi" milli komandaların oyunlarına görə yaranan fasiləyə 9-cu yerdə yollanacağını rəsmiləşdirib.

Oxşar xəbərlər

"Qarabağ" "Qəbələ" ilə heç-heçə etdi - Misli Premyer Liqası
“Neftçi” və “Qəbələ”nin 68-ci dueli
“Azərreyl” “Neftçi”yə uduzdu - Azərbaycan çempionatı
"Qəbələ" ilə 66-cı duel
“Neftçi”nin tarixində növbəti uğursuz seriya - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər