reklam
Sportfm.az xəbər saytı

"Araz-Naxçıvan" "Sumqayıt"a qalib gəldi -Misli Premyer Liqası


Bu gün Misli Premyer Liqasında 5-ci tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Əvvəlcə lider "Turan Tovuz" "Səbail"i qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 5 oyuna 4 qələbə qazanan və 1 heç-heçə edən Kurban Berdıyevin komandası 13 xalla liderliyini davam etdirir. Adıcıl 4 oyundur ki, qalib gələn Tovuz təmsilçisi həm də bu tura qədər qapısını toxunulmaz saxlayan yeganə komandadır.

Digər oyunda isə "Sumqayıt" evdə "Araz-Naxçıvan"la qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turun digər 3 matçı 31 avqust və 1 sentyabr tarixlərində oynanılacaq.



30 avqust (cümə)

20:00.“Sumqayıt” – “Araz-Naxçıvan” - 0:1

Qol: Miço Kuzmanoviç, 56
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Kamran Əliyev
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Oxşar xəbərlər

"Turan Tovuz"dan qələbə - Misli Premyer Liqası
“Turan Tovuz” “Səbail”ə, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı - Misli Premyer Liqası
“Turan Tovuz” "Sumqayıt"a qalib gəldi - Misli Premyer Liqası
"Araz-Naxçıvan" "Neftçi"yə qalib gəldi - Misli Premyer Liqası
"Araz-Naxçıvan" "Zirə"yə, "Qəbələ" "Kəpəz"ə qalib gəldi - Misli Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər