Gəncə stadionunun yeni ot örtüyü nə vaxt hazır olacaq?
AFFA-nın vəsaiti hesabına Gəncə şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prosesi davam edir.
Sportfm.az xəbər verir ki, arenanın əsas meydançasında görülən işlər İrlandiyanın SİS şirkəti tərəfindən aparılır. May ayının 11-dən startı verilən işlərin gedişi haqda şirkətin nümayəndəsi Sinan Öztürk kapazpfc.az saytına açıqlama verib: "Hazırda avtomatlaşdırılmış suvarma sisteminin çəkilişi ilə məşğuluq. Yaxın 3-4 günə bu işlər yekunlaşmalıdır. Bundan əvvəl drenaj sistemini çəkmişik, əsas borunu şəhərin kanalizasiya xəttinə birləşdirmişik. Əraziyə 15 sm qalınlığında şeben vermişik, indi 20 sm qum qatını tökməyə başlayacağıq. Daha sonra torfla qumu qarışdırıb meydana verəcəyik. Bunlar bitdikdən sonra səpin prosesi başlayacaq".
Sinan bəyin sözlərinə görə, görülməsi planlaşdırılan işlər qrafik üzrə gedir və heç bir axsama yoxdur: "Hər şey qaydasındadır, problemimiz, çətinliyimiz yoxdur. İşlərimiz plan üzrə davam edir. Gələn ayın 20-də səpin prosesi bitmiş olacaq. Meydançada Hollandiya, Türkiyə və Rusiyadan olan mütəxəssislər çalışır. Görülən işlərə bizimlə uzun zamandır ki, çalışan təcrübəli yerli işçilər də dəstək verir. Ayrıca olaraq ot örtüyünə qulluq edəcək işçilər də inşaata nəzarət edirlər. Gələcəkdə hər hansı bir sual yaranarsa, onlar artıq bütün işlərdən xəbərdar olduqları üçün çətinlik cəkməyəcəklər".
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Oruc tutdu, millisindən qovuldu 28.03.2024, 22:31
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak etdi 28.03.2024, 21:54
Boksçularımız Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurdu 28.03.2024, 21:50
“Sabah” – “Zirə” oyununun biletləri satışda 28.03.2024, 20:30
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |