reklam
Sportfm.az xəbər saytı

"Omoniya"nın baş məşqçisi "Zirə"ni rəqib saymır


Kiprin "Omoniya" klubunun baş məşqçisi Valdas Dambrauskas çempionatın açılış turunda “Etnikos Axna” üzərində qazanılan qələbəni (3:0) şərh edib.
Sportfm.az xəbər verir ki, litvalı mütəxəssis həmçinin Konfrans Liqasının təsnifat mərhələsinin pley-off mərhələsinin "Zirə" ilə görüşlərinə də toxunub:

"Bir neçə gün əvvəl "Zirə" ilə oyunda çox enerji sərf etmişdik. Sürətli oynamaq və üstün olmaq istəyirik. “Etnikos”la görüşdə ehtiyacı olan futbolçulara fiziki formalarını yaxşılaşdırmaq üçün vaxt verdik. Ən əsası odur ki, üç xal qazandıq. Biz isə Azərbaycana işi başa çatdırmaq üçün gedirik".

Qeyd edək ki, “Zirə” ilk matçda “Omoniya”ya 0:6 uduzub. Cavab qarşılaşması avqustun 29-da keçiriləcək.

Oxşar xəbərlər

"Zirə" - "Omoniya" matçının biletləri satışda
“Zirə”nin müxtəlif güclü tərəfləri var" - "Omoniya"nın baş məşqçisi
“Zirə” “Omoniya” ilə oyunlar üçün heyətində dəyişiklik etdi
"Zirə" - "Omoniya" görüşünün hakimləri məlum oldu
“Zirə”nin “Omoniya” ilə cavab oyunu latviyalı hakimə həvalə edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər