reklam
“Qarabağ”ın yeni transferi -
Sportfm.az xəbər saytı

“Qarabağ”ın yeni transferi -RƏSMİ


“Qarabağ” klubu növbəti transferini həyata keçirib.

Sportfm.az xəbər verir ki, bu barədə ölkə çempionunun mətbuat xidməti məlumat yayıb.

Qapıçı Mateuş Koxalski heyətə cəlb edilib. Uzun sürən danışıqlar nəticəsində Polşa təmsilçisi “Stal Mielets”lə razılıq əldə olunub.

Klubla 24 yaşlı polşalı qolkiper arasında 3+1 illik müqavilə imzalanıb. O, “Stal Mielets”in heyətində keçirdiyi ötən mövsümdə Polşa çempionatının ən yaxşı qapıçısı adına layiq görülüb.

Koxalski 2022-ci ilin yayından “Stal Mielets”in şərəfini qoruyub. O, bunadək “Legionoviya Legionovo”, “Radomyak Radom” və “Legiya”da (Varşava) forma geyinib.

Klubun yeni qapıçısı bu ilin iyununda Polşanın əsas millisinin AÇ-2024-ə hazırlıq prosesinə dəvət alıb və təlim-məşq toplanışında iştirak edib. O, bunadək U-16, U-17, U-18 və U-19 milli komandalarında da çıxış edib.

Oxşar xəbərlər

"Qarabağ" yeni futbolçusu ictimaiyyətə təqdim etdi - FOTO
"Qarabağ" 97 nömrəli qapıçını aldı - TRANSFER
Rumıniya millisinin qapıçısı İspaniya klubunda
Rahil Məmmədov Polşa klubunda - RƏSMİ
“Qarabağ” yeni transferini açıqladı - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər