reklam
Rumıniya millisinin qapıçısı İspaniya klubunda
Sportfm.az xəbər saytı

Rumıniya millisinin qapıçısı İspaniya klubunda


İspaniyanın "Atletiko" klubu Rumıniya millisinin qapıçısı Horatsiu Moldovanı transfer edib.
Sportfm.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı qolkiperlə 3,5 illik müqavilə imzalanıb.

Moldovan daha əvvəl “Rapid”də çıxış edib. O, Rumıniya klubunun heyətində keçirdiyi 113 oyunda 125 qol buraxıb və 42 dəfə qapısını toxunulmaz saxlayıb.

Qolkiper Rumıniya millisində 8 oyun keçirib. "Transfermarkt" portalı onun dəyərini 2,6 milyon avro qiymətləndirib.

Oxşar xəbərlər

Rumıniya millisinin Avro-2024 üçün heyəti - SİYAHI
Mbappe "Real"la neçə illik müqavilə imzalayıb?
İşsiz qalan milli üzvü Yunanıstana yollandı
"Ayaks"ın qapıçısı İspaniya klubunun hədəfində
Millinin sabiq üzvü televizora baxarkən öldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər