reklam
Boksçumuz Olimpiya Oyunlarının finalında
Sportfm.az xəbər saytı

Boksçumuz Olimpiya Oyunlarının finalında


Azərbaycan boksçusu, dünya çempionu (2021-ci il) Alfonso Dominges (92 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Sportfm.az xəbər verir ki, təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

Beləliklə, o, ən pis halda gümüş medalı təmin edib.

Dominges finalda Lalizbek Mullojonov (Özbəkistan) - Davlat Boltaev (Tacikistan) cütünün qalibi ilə qarşılaşacaq. Bu döyüşün bu gün Bakı vaxtı ilə saat 19:38-də start götürməsi planlaşdırılıb.

Final döyüşü isə avqustun 9-u Paris vaxtı ilə saat 22:24, Bakı vaxtı ilə 10 avqust saat 00:34-də başlanacaq.

Qeyd edək ki, Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında da iştirak edib və bürünc medal qazanıb.

Oxşar xəbərlər

Ümidimiz Hidayət Heydərov yarımfinalda - PARİS - 2024
Boksçumuz 1/4 finala yüksəldi - Paris-2024
Boksçumuz üçün çətin sınaq - İkiqat Olimpiya çempionu
Azərbaycan boksçusu bürünc medal qazandı - Tokio-2020
"Medalı təmin etdiyim üçün çox sevinirəm" - Alfonso Dominges

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər