Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Futzal yığmamızda iki ayrılıq
Futzal yığmamızın baş məşqçisi məsələsi hələ açıq qalır. Bu həftə ərzində təyinat gerçəkləşməlidi. Məlum olan odu ki, Biro Jadenin müqaviləsinin müddəti mayın 31-də bitib və ona yeni anlaşma təklif olunmayıb. Millini Avropa çempionatının final mərhələsinə çıxaran məşqçinin yeni çalışdırıcı ilə işləyəcəyi, onun köməkçisi kimi fəaliyyətini davam etdirəcəyi isə inandırıcı görünmür. Yeni baş məşqçinin Bironu korpusda görmək istəyib-istəməyəcəyi də bilinmir. Böyük ehtimalla onu bir daha millidə görməyəcəyik.
Artıq yığmada "təmizlik” işlərinə start verilib. Əldə etdiyimiz bilgiyə görə, Fineo da komandamızın şərəfini qorumayacaq. Bu qərarı federasiya rəhbərliyi verib. Hər halda, onun "Araz”da çıxış etməyəcəyi dəqiqdi. Millinin bazası sayılan klub onunla yolları ayırıb. Eduardo, Tyaqo, Qallo və Vassura heyətdə saxlanılıb. Transfer çalışmalarına başlayan Naxçıvan təmsilçisi iki legioner və bir-iki yerli futzalçı cəlb etməyi planlaşdırır. Çox güman, yerlilər Rusiya çempionatında çıxış edən Azərbaycan əsilli futzalçılar olacaq. Transferlər gələn ay baş tutacaq seleksiya xarakterli təlim-məşq toplanışına qədər yekunlaşmalıdı. Artıq toplanışın vaxtı da məlumdu. Əldə etdiyimiz bilgiyə görə, "Araz” UEFA Futzal kubokunun hazırlıqlarına iyulun 15-dən başlayacaq.
MİRAĞA, Futbol+ qəzeti
Oxşar xəbərlər
Millinin üzvü “Araz-Naxçıvan”da
"Araz-Naxçıvan"da yeni oyunçular - TRANSFER
Yığmamızın sabiq üzvü Rusiya çempionatında çıxış edə bilər - ÖZƏL
Futzal Federasiyasının planları "suya düşdü"
İstənməyən Biro Jade və qayıdışı gözlənilən Alessio
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası