reklam
Sportfm.az xəbər saytı

"Zirə" Georgi Papunaşvilini rənglərinə qatdı -RƏSMİ


“Zirə” yeni futbolçu ilə anlaşıb.
Sportfm.az xəbər verir ki, komanda Georgi Papunaşvilini heyətinə qatıb. Bu barədə klubun saytı məlumat yayıb. Gürcüstanlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Dinamo”(Tbilisi), “Telavi”, "Samtredia”, “Torpedo” (Kutaisi) Almaniyanın “Verder”, İspaniyanın “Saraqosa”, “Rasinq”, Kiprin “Apollon”, Serbiyanın “Radniçki” klublarında çıxış edib. Papunaşvilinin son klubu “Kəpəz” olub. Gürcüstan millisinin də şərəfini qorumuş futbolçu yığmada 17 matçda 3 dəfə fərqlənib.

Xatırladaq ki, "Zirə" bunadək Fuad Bayramov, Aydın Bayramov, Elçin Əlicanov, Davit Volkov, Junior Martins və Ange Mutsinzini sıralarına qatıb.

Oxşar xəbərlər

"Zirə" legioner futbolçu transfer etdi
"Zirə" iki yeni futbolçu - TRANSFER
“Saraqosa”nın sabiq futbolçusu "Kəpəz"də
"Zirə"dən növbəti transfer
Azərbaycan və Gürcüstan milli komandalarının futbolçuları "Neftçi"də

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər