reklam
İdmançımız dünya çempionatının yekun sıralamasında 7-ci oldu
Sportfm.az xəbər saytı

İdmançımız dünya çempionatının yekun sıralamasında 7-ci oldu


Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı davam edir.
 
Sportfm.az xəbər verir ki, yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) mübarizə aparır. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Onlardan son olaraq Hüseyn İsmayılov 94 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Atletimiz bu çəkinin B qrupunda çıxış edib.

O, birdən qaldırma hərəkətində 154 kq, təkanla qaldırma hərəkətində isə 180 kq-ı ram edib. Toplam 334 kq (154+180) nəticə ilə bu qrupda 1-ci yeri tutub.

A qrupundakı çıxışlar başa çatandan sonra Hüseyn İsmayılovun dünya çempionatının yekun sıralamasında 7-ci yeri tutduğu dəqiqləşib.

Oxşar xəbərlər

İdmançımız bürünc medal qazandı - Dünya çempionatı
İdmançımız qızıl medal qazandı
Atletimiz Avropa üçüncüsü oldu
Toplamda 346 kq-ı ram edib bürünc medal qazandı
İdmançımız Tokioda uğursuz çıxış etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər