reklam
İdmançımız bürünc medal qazandı -
Sportfm.az xəbər saytı

İdmançımız bürünc medal qazandı -Dünya çempionatı


4-17 sentyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı başa çatmaq üzrədir.

Sportfm.az xəbər verir ki, Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 894 atlet (469 kişi + 425 qadın) iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Körpücük üzərinə son olaraq Dadaş Dadaşbəyli çıxıb. O, 109 kq çəki dərəcəsində yarışıb.

Atletimiz birdən qaldırma hərəkətində 180 kq-ı ram edərək dünya çempionatının bürünc medalını qazanıb.

Dadaş təkanla qaldırma hərəkətində 223 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə dünya çempionatının bürünc medalçısı olub.

Toplam 403 kq (180+223) nəticə göstərən Dadaşbəyli, dünya çempionatının yekun sıralamasında da 3-cü yeri tutaraq fəxri kürsüdə qalxıb.

Oxşar xəbərlər

İdmançımız Avropa çempionu oldu
Əli Şükürlüdən 3 medal birdən - Avropa birinciliyi
İdmançımız qızıl medal qazandı
İdmançımız dünya çempionatının yekun sıralamasında 7-ci oldu
İdmançımız İranda fərqləndi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər