reklam
İdmançımız Tokioda uğursuz çıxış etdi
Sportfm.az xəbər saytı

İdmançımız Tokioda uğursuz çıxış etdi


Yaponiyanın paytaxtı Tokio şəhərində 43-cü kişilər və 23-cü qadınlar arasında ağır atletika üzrə gənclərin dünya çempionatı davam edir.
 
Sportfm.az xəbər verir ki, yarışda yüzə yaxın ölkədən 306 atlet (125 qadın və 181 kişi) körpücük üzərinə çıxacaq. İştirakçılar arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Onlardan İsa Rüstəmov artıq 69 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Atletimiz bu çəkinin B qrupunda çıxış edib.

İsa birdən qaldırma hərəkətində 125 kq, təkanla qaldırmada isə 160 kq-ı ram edib. O, toplam 285 kq (125+160) nəticə ilə B qrupunda 3-cü, bu çəki dərəcəsinin yekun sıralamasında 12-ci yeri tutub.

Oxşar xəbərlər

İdmançımız bürünc medal qazandı - Dünya çempionatı
Əli Şükürlüdən 3 medal birdən - Avropa birinciliyi
İdmançımız qızıl medal qazandı
İdmançımız dünya çempionatının yekun sıralamasında 7-ci oldu
Yığmamız gənclər arasında dünya çempionatına yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər