Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
19 yaşında həyatının ən böyük səhvini etdi
İdman gimnastikası üzrə qadınlardan ibarət Yaponiya yığmasının kapitanı Seko Miyata milli komandanın davranış kodeksini pozduğuna görə olimpiya yığmasından xaric edilib.
Sportfm.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Mənbənin məlumatına görə, 19 yaşlı gimnast Monakoda təlim-məşq toplanışı zamanı siqaret çəkərkən yaxalanıb. İdmançı iyulun 17-də baş tutan açıq məşqi buraxıb. Ertəsi gün Miyatanın Olimpiadada iştirak etməyəcəyi və evə göndəriləcəyi açıqlanıb.
Yaponiya qanunlarına görə, yaşı 20-dən aşağı olan insanlara siqaret çəkmək və spirtli içki qəbul etmək qadağandır. Oxşar qaydalar, əgər milli komanda Yaponiyadan kənarda yerləşirsə, ona da şamil edilir.
Miyata 2022-ci il Dünya Çempionatında debütündə bürünc qazanıb. Həmin il Asiya çempionatında o, tullanma və döşəmə hərəkətlərində gümüş, komanda hesabında isə bürünc medal qazanıb.

Oxşar xəbərlər
İdmançılarımız dünya çempionatında 17 medal qazandı
Azərbaycanlı gimnast Dünya Kubokunda bürünc medal qazanıb
Rio-2016: Güləşçilərimiz komanda hesabında dördüncü oldular
Rio-2016: Medal sıralaması
Rio-2016: Kim çox medal qazanıb?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin