reklam
Klublara lisenziyaları təqdim olundu -
Sportfm.az xəbər saytı

Klublara lisenziyaları təqdim olundu -FOTO


Bu gün AFFA-nın inzibati binasında 2024/2025 lisenziyalaşdırma mövsümündə UEFA-nın kişilər və qadınlar arasında klub yarışlarında, Premyer Liqada, 1-ci Liqada və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziya əldə edən klubların nümayəndələri ilə görüş keçirilib.
Sporfm.azf xəbər verir ki, təltifetmə mərasimində mövsümün yekunları, statistik göstəricilər, tətbiq edilən Klubların Lisenziyalaşdırılması platforması və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib.

Bundan əlavə, klub nümayəndələrinə azarkeşlərlə əlaqələndirici şəxs və əlil azarkeşlərlə əlaqələndirici şəxslərə aid layihələr barədə qısa məlumat təqdim olunub.

Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublara AFFA-nın vitse-prezidenti Könül Mehtiyeva tərəfindən müvafiq lisenziyalar və geridə qalan mövsümdə Lisenziya Menecerləri üçün təşkil olunmuş imtahandan müvəffəqiyyətlə keçmiş klub əməkdaşlarına sertifikatlar təqdim edilib.
Klublara lisenziyaları təqdim olundu -

Oxşar xəbərlər

AFFA 6 kluba lisenziya verdi - Avrokuboklar üçün
AFFA Premyer Liqa və Birinci Liqa klub nümayəndələri ilə görüşdü - ONLAYN
Klublara lisenziyalar təqdim olundu - FOTO
Premyer Liqada iştirak edəcək klublara lisenziyalar təqdim edildi
Azərbaycan Premyer Liqasının debütantına lisenziyası təqdim olundu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər