Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamızın üzvləri Rusiyaya yollanıb
Kosovoda keçiriləcək Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq 18 yaşadək oğlan həndbolçulardan ibarət Azərbaycan millisi Rusiyanın Həştərxan şəhərinə yollanıb.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən Sportfm.az-a verilən məlumata görə, komanda burada təlim-məşq toplanışında iştirak edəcək.
Yığma hazırlıq prosesində yerli komanda ilə üç yoxlama matçı keçirəcək. İyunun 11-dək davam edəcək toplanışda 15 oyunçu baş məşqçi Rəşad Hüseynovun sərəncamında olacaq.
Qeyd edək ki, millimizin iyulda Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində daha bir təlim-məşq toplanışı nəzərdə tutulub. Avropa çempionatının təsnifat mərhələsi avqustun 12-18-i aralığında Kosovoda gerçəkləşəcək.

Oxşar xəbərlər
Sərbəst güləşçilərimiz toplanışa başladı
Voleybol yığmamız Belarusa qarşı - Yoldaşlıq görüşü
Millimiz Bakıda hazırlaşır - Avropa çempionatı
Türkiyə və Azərbaycan millisi bir araya gələcək - Təlim-məşq toplanışı
Yığmamız Olimpiya Təsnifat Turnirinə yollandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası