reklam
Vüqar Nadirovun komandası İkinci Liqaya vəsiqə qazandı
Sportfm.az xəbər saytı

Vüqar Nadirovun komandası İkinci Liqaya vəsiqə qazandı


Bu gün Azərbaycan İkinci Liqasına vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib.

Sportfm.az xəbər verir ki, pley-off mərhələsinin cavab görüşü çərçivəsində AFFA Region Liqası təmsilçisi "Hypers" "Şəfa" ilə üz-üzə gəlib.

İlk oyunda rəqibinə 2:0 qalib gələn "Hypers" bu dəfə də son mövsümdə 2-ci liqada çıxış etmiş rəqibini məğlubiyyətə uğradıb.

"ASCO Arena"dakı görüş 2:1 hesabı ilə yekunlaşıb. Belədə, Vüqar Nadirovun kapitanı olduğu Region Liqası təmsilçisi yeni sezondan İkinci Liqada iştirak edəcək.

Əlavə edək ki, daha öncə "Şimal" Region Liqasının qalibi olaraq İkinci Liqaya vəsiqə qazanmışdı.

"Hypers" – “Şəfa” - 2:1
Qollar: Vüqar Nadirov, 2, Məhəmməd Alıyev, 45+2 - Ramiz Qasımov, 65
“ASCO Arena”

İlk oyun - 2:0

Oxşar xəbərlər

2-ci liqaya vəsiqə qazanacaq komanda bilinəcək
Pley-off oyunlarının vaxtı açıqlandı
2-ci liqaya vəsiqə uğrunda pley-off oyunlarının püşkü atıldı
"Şimal" komandası İkinci Liqaya yüksəldi
Region Liqasında yarımfinalın təqvimi müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər