reklam
Bu gün Azərbaycanın 9 güləşçisi çıxış edəcək -
Sportfm.az xəbər saytı

Bu gün Azərbaycanın 9 güləşçisi çıxış edəcək -Avropa çempionatı


Bakı İdman Sarayında keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycanın 9 yunan-Roma güləşçisi döşək üzərinə çıxacaq.

Nihad Quluzadə (60 kq), Fərahim Mustafayev (67 kq), Murad Əhmədiyev (97 kq) təsnifat, Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) 1/8 final görüşünə çıxacaq.

Laçın Vəliyev (87 kq) təsəlliverici, Rəşad Məmmədov (55 kq) bürünc medal uğrunda görüşdə, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) isə finalda yarışacaq.

Qeyd edək ki, təsəlliverici, təsnifat və 1/8 görüşləri 10:30-da, bürünc medal uğrunda və final yarışları isə 18:00-da başlayacaq. Yarışlar Bakı İdman Sarayında keçiriləcək.

Oxşar xəbərlər

İki sərbəst güləşçimiz finalda - Avropa çempionatı
Bu gün 8 güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı
7 güləşçimiz bu gün AÇ-də mübarizə aparacaq
Güləşçilərimizdən 2 qızıl, 2 bürünc medal - Avropa çempionatı
Azərbaycan ilk medalını qazandı - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər