reklam
AFFA rəsmisi türkdilli ölkələrin futbol federasiyalarının iclasında -
Sportfm.az xəbər saytı

AFFA rəsmisi türkdilli ölkələrin futbol federasiyalarının iclasında -FOTO


AFFA-nın Protokol Xidmətinin rəisi Orxan Əhmədov türkdilli ölkələrin futbol federasiyalarının Əməkdaşlıq Şurasının iclasında iştirak edib.

Sportfm.az xəbər verir ki, toplantı Tailandın paytaxtı Banqkokda keçirilən FİFA-nın 74-cü konqresində baş tutub.

Yığıncağa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Türkmənistan, Özbəkistan və Türkiyə futbol federasiyaları qatılıblar. İclasda FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov da iştirak edib.

Türkiyə Futbol Federasiyasının Əməkdaşlıq Şurasına sədrlik etməsi qərara alınıb. Qurum iyunun 1-dən bir il müddətinə bu vəzifəni yerinə yetirəcək.

Oxşar xəbərlər

AFFA prezidenti İnfantino ilə görüşdü - FOTO
Türkdilli ölkələrdə futbol necə inkişaf etdirilməlidir? - Müzakirə
Gianni İnfantino və Rövnəq Abdullayev bir arada - FOTO
Bakıda FIFA-nın sammiti keçirilib
Elxan Məmmədov Belarusa yollanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər