Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
UFC çempionu daşqın qurbanlarına yardım etdi -100 min dollar
Yüngül çəkidə UFC çempionu Aleks Pereyra Braziliyanın cənubunda baş verən daşqın qurbanlarına 100 min dollar bağışlayıb.
Sportfm.az xəbər verir ki, bu barədə döyüşçü "MMA HOJE"yə danışıb.
O, daşqın qurbanlarına daha 20 min dollar bağışlamağa hazırlaşdığını da vurğulayıb: “Yağışlar və daşqınlar səbəbindən cənubda bir çox insanın köməyə ehtiyacı var. Bu yaxınlarda öz cibimdən ianə etdim. Braziliyada ehtiyacı olan insanları yeməklə təmin etmək üçün 100 min dollar bağışladım. İndi baş verən faciə ilə bağlı daha 20 min dollar ianə etməyə hazırlaşıram”.
Qeyd edək ki, bir neçə gün öncə Braziliyanın cənubunda son 80 ilin ən güclü daşqınları baş verib. Təbii fəlakətdən ən çox zərər çəkən Rio Qrande-du-Sul əyaləti olub. Bölgədə ən azı 55 nəfərin həlak olduğu bildirilib.

Oxşar xəbərlər
Ronaldo deprəmzədələrə yardım göndərdi
Tarixdə ilk dəfə - Rusiya kənarda qaldı
Dünyanın ən bahalı klubları - "Real" 6-cıdır
Ən çox qazanan qadın idmançılar - SİYAHI
Ulduz futbolçu təbii fəlakətə biganə qalmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası