Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimizin yeni baş məşqçisi Rusiya, Ukrayna və ya Braziliyadan olacaq - RƏSMİ
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov milli komandamıza yeni baş məşqçinin yaxın 1 həftə ərzində təyin olunacağını bildirib.
Sportfm.az saytı xəbər verir ki, o, bunu sport24.az-a verdiyi açıqlamada söyləyib.
Federasiya başçısı namizədlərin hansı ölkələrdən olduğuna dair sualı da cavablandırıb:"Bilirsiniz ki, müqavilə bağlamayınca, ad açıqlamıram. Bağlansa belə, rəsmi anlaşma əlimə çatmayadən onu açıqlamıram. Kimsə deyə bilər ki, filankəs orda qol çəkdi, "whatsapp”la göndərdi. Ancaq bunu da qəbul etmirəm, inanmıram. Müqavilənin əsli gərək masamın üstündə olsun. Rusiyadan da, Ukraynadan da, Braziliyadan da olan mütəxəssislərlə danışıqlar gedir. Bu 3 istiqamətdə işlər görülür. Fikirləşirəm ki, ən uzağı 1 həftəyə bu məsələ həll olunacaq”.
Qeyd edək ki, buna qədər yığmamızı çalışdıran Biro Jadenin müqaviləsi may ayında sona çatıb.
Oxşar xəbərlər
Yığmamızın sabiq üzvü Rusiya çempionatında çıxış edə bilər - ÖZƏL
Futzal yığmamızın yeni baş məşqçisinin adı məlum oldu
Futzal yığmamızda iki ayrılıq
Futzal Federasiyasının planları "suya düşdü"
Azərbaycan yığmasında yeni məşqçi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası